“Xandostu”, qəzetimiz və bəzi müdirlər...
Yazar: zahiramanov @ İyun 14, 2009 12:41Sığdaş məktəbinin direktoru barədə gözəlləmələr
Nə qədər özlərini görməməzliyə, bilməməzliyə vursalar da, yaxud yazdıqlarımızı təkzib etmək gücündə olmasalar da bir sıra yazılarımız məmurların “can əti”nə dəydiyindən onlardan cürbəcür “səs”lər və sədalar gəlir. Bir-iki həftə öncə redaksiyanın qarşısında əkdiyimiz gülləri gecə ilə oğurladılar. Bəziləri dedi ki, təsadüfdür. Amma kimsə demədi ki, niyə redaksiya ilə yanaşı vergi terminalının həyətindəki eyni biçimlə güllərə heç kim dəymir, amma bizim bağçanın güllərini aparırlar, bizim binanın qarşısına kəsilmiş qoyun başı atırlar...




